Kürdəmirdə evdə partlayış yanğına səbəb olub
Hadisə
- 30 may, 2025
- 00:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə evdə partlayış yanğına səbəb olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Çöl Qubalı kəndində qeydə alınıb.
Kənd sakini Məmmədov Elnur Eyyub oğluna məxsus ikimərtəbəli evin ikinci mərtəbəsindəki 3 otaq və zaldan ibarət olan ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir. Ev sahibinin sözlərinə görə, hadisə zamanı ona 70 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:04
Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Digər ölkələr
07:35
Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustağı edilib
Digər ölkələr
07:08
Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
Digər ölkələr
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr