Kürdəmirdə avtomobil su kanalına düşdü, xəsarət alan var
Hadisə
- 03 dekabr, 2020
- 04:23
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qarabucaq kəndində qeydə alınıb.
Belə ki, sürücü, 2002-ci il təvəllüdlü Umudov Ramil Bahadur oğlu avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil su kanalına düşüb. Qəza zamanı ağır bədən xəsarətləri alan gənc əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi, alın sümüklərinin qəlpəli sınıqları diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
08:12
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:49
Nepalda daşqınlar zamanı itkin düşmüş qadın 10 gün sonra sağ tapılıb
Digər ölkələr07:23
"Barselona"nın müdafiəçisi Qarsiya Rodri ilə toqquşmadan sonra ikinci dəfə burnunu sındırıb
Futbol06:52
ABŞ-də silahlı kişi qubernatorluğa namizədə hücum etməyə cəhd göstərib
Digər ölkələr06:14
Cənubi Koreya, ABŞ və Yaponiya "Freedom Edge" hərbi təlimi keçirir
Digər ölkələr05:35
İran ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni raketi sınaqdan keçirib
Region05:08
İngiltərədə etirazçılarla polis arasında miqrantlarla bağlı toqquşmalar baş verib
Digər ölkələr04:46
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
Digər ölkələr04:18