Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər və yaralanan var

Hadisə
  • 01 iyul, 2018
  • 23:35
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər və yaralanan var
Foto: "Report"

Kürdəmir. 2 iyul. REPORT.AZ/ Gecə saatlarında Kürdəmir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Qazax istiqamətində hərəkətdə olan Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Mustafa Fuad oğlu Rüstəmovun idarə etdiyi 10 CD 189 dövlət qeydiyyatı nişanlı "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb. Nəticədə minik maşının sürücüsü və 12 yaşlı sərnişini, Goranboy rayon sakini Aqşin Seymur oğlu Məmmədov hadisə yerində ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Hadisə zamanı xəsarət almış 1988-ci il təvəllüdlü Goranboy rayon sakini Abdullayeva Təhminə Elbrus qızı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə