Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Hadisə
- 02 oktyabr, 2023
- 15:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə zamanı "Mercedes" markalı avtomobillə "VAZ 2107" markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən "Mercedes" yoldan çıxaraq aşıb. Nəticədə Kürdəmir rayonu, Mollakənd kənd sakini 39 yaşlı Məhərrəmov Elməddin Ziyadxan oğlu və rayonun Qarasu kənd sakini 31 yaşlı Məmmədov Zamin Əhmədxan oğlu xəsarət alıb.
Yaralılar dərhal təcili tibbi yardımın köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr