Kürdəmirdə 78 yaşlı kişi itkin düşüb
Hadisə
- 22 iyun, 2021
- 05:55
Kürdəmir rayon sakini itkin düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, 78 yaşlı Kamil Ərəbov iyun ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Kamil Ərəbovun əlamətləri belədir: arıq bədən quruluşlu, ağ saçlı, gözlərinin və qaşlarının rəngi qaradır. Evdən çıxan zaman əynində ağ zolaqları olan qara rəngli qısaqol köynək, qara rəngli şalvar və qara qəngli ayaqqabı olub.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Kürdəmir Rayon Polis Şöbəsinə (+9942025) 5-04-10 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.
Son xəbərlər
11:03
Ardıcıl 4-cü quru hesablı qələbəsini qazanan "Sabah" "Qarabağ"ın göstəricisini təkrarlayıb
Futbol11:01
"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
İKT11:01
DSMF: 8 ayda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozu 6 %-dən çox üstələyib
Maliyyə10:52
Ali Məhkəmə: Yetkinlik yaşına çatmayanı cinayətə sövq edənin məsuliyyətə cəlbi üçün konkret səbəblər olmalıdır
Daxili siyasət10:50
Astaranın üç kəndinin qaz təchizatı dayandırılıb
Energetika10:45
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub
Futbol10:43
"Fitch": SOCAR Türkiyədəki fəaliyyətinə dair yekun investisiya qərarı qəbul edəcək
Energetika10:39
"Neftçi" Premyer Liqanın ilk 5 turunda ən məhsuldar komanda olub
Futbol10:32