Kürdəmir sakinindən qanunsuz ov tüfəngi götürülüb

Hadisə
  • 24 dekabr, 2021
  • 04:05
Kürdəmir sakinindən qanunsuz ov tüfəngi götürülüb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Valeh Sadıqovdan bir ədəd müvafiq sənədləri olmayan “İj” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

44 - Tezliklə