Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb - YENİLƏNİB
- 22 iyun, 2019
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Kür çayında batan ikinci qardaşın da meyiti tapılıb.
”Report”un Aran bürosu xəbər verir ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suda batan Aşağı Noxudlu kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun meyiti günorta saatlarında dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən 6 kilometr aralıda suda aşkar olunaraq çıxarılıb və aidiyyati üzrə təhvil verilib.
*** 09:57
Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.
“Report”un Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında FHN-nin dalğıc-xilasediciləri tərəfindən Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti batdığı yerdən 6 kilometr aralıda tapılaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hazırda 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.