Krasnoyarskda böyük məbləğdə pul oğurlamaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb

Hadisə
  • 31 mart, 2017
  • 07:12
Krasnoyarskda böyük məbləğdə pul oğurlamaqda şübhəli bilinən azərbaycanlı saxlanılıb

Bakı. 31 mart. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk şəhərində cinayət istintaq polisi əməkdaşları oğurluğa görə federal axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report" Rusiya DİN-in Krasnoyarsk diyarı Baş İdarəsinə istinadən xəbər verir.

Qeyd edək ki, 2015-ci ildə biznesmen polisə müraciət edərək şübhəli şəxsin zor tətbiq etməklə ondan böyük məbləğdə pul oğurladığını və sonra qaçdığını bildirib.

Faktla bağlı cinayət işi açılıb.