Klub direktoru: “Alpinistlərin axtarışları davam etdirilir” - FOTO
- 27 dekabr, 2017
- 12:28
Bakı. 27 dekabr. REPORT.AZ/ “İtkin düşən alpinistlərin axtarışı ilə bağlı hələ ki, nəticə əldə olunmayıb”.
Bunu “Report”a açıqlamasında “Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov deyib.
O bildirib ki, hazırda axtarış işləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da aidiyyatı qurumlara faktla bağlı məlumat verilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.