Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

Hadisə
  • 02 avqust, 2018
  • 11:35
Kiyevdə azərbaycanlı tələbə kütləvi qarət ittihamı ilə həbs olunub

Bakı. 2 avqust. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərinin Solomenskiy rayon polisi Azərbaycan vətəndaşı, 1996-cı il təvəllüdlü Səfərov Daşqın Hacıağa oğlunu saxlayıb. 

"Report"un əldə etdiyi xəbərə görə, Kiyevdə universitetlərin birində tələbə olan D.Səfərov kütləvi qarətdə ittiham olunur. Belə ki, yerli hüquq-mühafizə orqanlarının iddiasına görə o, Kiyevdə kütləvi qarətlə məşğul olan dəstənin fəal üzvü olub.

Rayon məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Azərbaycanlı tələbə ittihamla razılaşmır, hüquqi yardıma ehtiyacı olduğunu bildirib.