"Əli və Nino" kitab mağazasından oğurluq edən şəxslər saxlanıldı
Hadisə
- 17 fevral, 2021
- 06:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Paytaxtın Səbail rayonunda fevralın 15-də kitab mağazasından 1 ədəd mobil telefon və 120 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlinin 3 azyaşlı tərəfindən törədilməsi məlum olub.
Oğurlanan telefon maddi sübut kimi aşkarlanaraq götürülüb.
Oğurluqda şübhəli bilinən şəxslərlə bağlı müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə "Əli və Nino" kitab mağazalar şəbəkəsinin Zeynalabdin Tağıyev küçəsi 19 ünvanında (Fəvvarələr meydanı) yerləşən filialında baş verib.
Son xəbərlər
10:55
İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib
Energetika
10:45
Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"
Futbol
10:43
Azərbaycan banklarında eyni cihazdan çoxsaylı girişlərə nəzarət gücləndiriləcək
Maliyyə
10:37
Rusiyanın İsveçrədə dondurulmuş aktivlərinin həcmi 10,2 milyard dollara çatıb
Maliyyə
10:36
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
Elm və təhsil
10:35
102-yə müraciətlərin banklara ötürülməsi avtomatlaşdırılacaq
Maliyyə
10:30
Naxçıvan Qaz İstismar Xidməti ləğv edilib
Energetika
10:22
FT: ABŞ-nin Rusiya ilə sülh üçün iqtisadi müqavilələr təklif etmək ideyası dayandırılıb
Digər ölkələr
10:21
400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb
Hadisə