Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub - YENİLƏNİB
- 23 sentyabr, 2025
- 19:46

Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində həlak olub.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Qeyd olunub ki, bu gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina hadisəsi baş verib.
Məlumata görə, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdam rayonun Mirəşelli kəndi ərazisində, keçmiş neytral sahədə baş verib.
Hazırda S.Əhmədovun nəşinin götürülməsi üçün işlər aparılır.