Kəlbəcərdə yol qəzasında ölənlərin kimliyi məlum olub - YENİLƏNİB
- 28 mart, 2026
- 20:53
Kəlbəcər rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Tural İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci l təvəllüdlü Elvin İsmayılov vəfat ediblər.
Qeyd edək ki, sürücü Göyçay sakini, sərnişinlər isə Kəlbəcər rayon sakinləri olublar.
Kəlbəcər rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində üç nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda fakt araşdırılır və yol qəzasında dünyasını dəyişənlərin kimliyi dəqiqləşdirilir.