Biləsuvarda keçmiş məhkumlar avtomobildə külli miqdarda narkotiklə saxlanılıb
- 29 aprel, 2019
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1,1 kiloqramdan atıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə "Report"un Muğan bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Biləsuvar rayonunun Günəşli kənd sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov və həmkəndlisi, əvvəllər məhkum olunmuş Xalid Cəbrayılov B.Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Saxlanılarkən X.Cəbrayılovun üzərinə keçirilən baxış zamanı 11 726 qram narkotik vasitə olan heroin, avtomobildən isə 1 kiloqram 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onlar narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından əldə etdiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.