Bakıda keçmiş baldızını öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Hadisə
  • 09 yanvar, 2019
  • 07:49
Bakıda keçmiş baldızını öldürmək istəyən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş baldızını öldürməyə cəhd etməkdə təqsirləndirilən Dinar Təhməzovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Təhməzovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Ağcəbədi rayon sakini D.Təhməzov Bakıda keçmiş baldızı Nuranə Fərzəliyeva ilə uşaqlarını görmək üstündə mübahisə edib. Nəticədə o, N.Fərzəliyevanı bıçaqlayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Təhməzov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

44 - Tezliklə