Karantin qaydalarını pozan internet-klub aşkarlandı, sahibi və müştəriləri cərimələndi
Hadisə
- 12 iyun, 2020
- 08:07
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan internet-klub aşkarlanıb.
"Report"un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 11-də Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində “Hooligans” internet klubunun sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə, 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi A.Bağırlı 1 500 manat, digərləri 100 manat cərimə olunublar.
Son xəbərlər
16:37
Fuad Hüseynəliyev: Süni intellektin inkişafı peşəkar jurnalistikaya olan tələbatı azaltmır
Media16:37
İlham Yadullayev: "Sabah" böyük zəhmət və yüksək əhval-ruhiyyə sayəsində uğur qazandı"
Futbol16:36
"Bank Respublika"nın səhmdarı "Ekolizinq"in əsas təsisçisi olub
Maliyyə16:32
Şavkat Mirziyoyev Mehriban Əliyevaya: Özbəkistanda Sizə xüsusi rəğbət və ehtiram bəslənilir
Xarici siyasət16:26
Foto
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Mədəniyyət siyasəti16:14
Foto
Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş etdirilib
Mədəniyyət siyasəti16:14
Azərbaycanda "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 300-ü keçib
Biznes16:12
Video
Anar Quliyev Laçın Şəhəri Günü münasibətilə videoçarx paylaşıb
İnfrastruktur16:10