"Kanal 13" internet televiziyası direktorunun cinayət işinin ibtidai istintaqı başa çatıb

Hadisə
  • 06 sentyabr, 2017
  • 09:24
Kanal 13 internet televiziyası direktorunun cinayət işinin ibtidai istintaqı başa çatıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə "Report" vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, Ə.Orucov barəsində olan cinayət işinin ibtidai istintaqının başa çatması Bakı İstintaq Təcridxanasında müdafiə tərəfinə elan olunub. Vəkil bildirib ki, iş materialları ilə tanışlıq mərhələsinə başlanılıb.

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

44 - Tezliklə