"İstanbul Klinika"ya cərimə yazılıb
Hadisə
- 11 sentyabr, 2020
- 12:16
"İstanbul Klinika" Məhdud Məsuliyyətli (MMC) Cəmiyyəti barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.
“Report”un xəbərinə görə, protokola Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Protokol İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.
Son xəbərlər
22:35
Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb
Hadisə22:22
Foto
Dmanisinin azərbaycanlı idmançıları Türkiyədə beynəlxalq yarışda uğur qazanıblar
Fərdi22:08
FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb
Hadisə21:54
"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazanıb
Futbol21:36
"Neftçi" futbolçu İmad Farajın Tunisin "Esperans" klubuna keçdiyini açıqlayıb
Futbol21:29
Premyer Liqa: "Turan Tovuz" mövsümün açılış oyununda qələbə qazanıb
Futbol21:06
Qubada zəlzələ qeydə alınıb
Hadisə20:51
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Digər ölkələr20:48