İsmayıllıda Vətən müharibəsi veteranı qəzaya düşərək ağır xəsarət alıb - FOTO
Hadisə
- 24 iyun, 2022
- 07:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsmayıllı rayonunda Vətən müharibəsi veteranı qəzaya düşüb.
"Report"un məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Belə ki, VAZ-2107 markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2107-nin sürücüsü 2000-ci il təvəllüdlü Məlikov Oruc Nazim oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətinin ağır olması və xəstəxanada lazımi tibbi avadanlıqların olmaması səbəbindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada əməliyyat olunub. Hazırda reanimasiyadadır. Vəziyyəti sabitdir.
Qeyd edək ki, Oruc Məlikov Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Son xəbərlər
10:54
"Anglo Asian Mining" 9 ayda Azərbaycanda qızıl hasilatını cüzi artırıb
Sənaye
10:51
İlhamə Qədimova: "Rəqəmsal həllər fermerlərə üç kanal vasitəsilə təqdim olunur"
ASK
10:51
Foto
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Daxili siyasət
10:48
"Uğur" yatağında filiz hasilatı bərpa edilib
Sənaye
10:47
"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
10:47
"Qarabağ" - "Neftçi" oyununu Kamal Umudlu idarə edəcək
Futbol
10:45
Foto
Video
Dərnəgül tikinti bazarının "Abşeron" Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər
Sənaye
10:45
Azərbaycanda qiymətləndirilən fermerlərin sayı açıqlanıb
ASK
10:40
Nazir müavini: "Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir"
ASK