İsmayıllıda polis ictimai nəqliyyatda reyd keçirib
Hadisə
- 17 avqust, 2020
- 06:42
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,rayon daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.Onlarla profilaktik söhbətlər aparılıb və qoruyucu maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.
Eləcə də, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Reyd zamanı qaydaları pozan 8 sürücü və sərnişin barəsində cərimə protokolu tərtib olunub.
Son xəbərlər
21:23
Rubio: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş ala bilməyəcək
Digər ölkələr21:21
Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq
İnfrastruktur21:20
Kriştianu Ronaldu 6 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub
Futbol21:18
Foto
DÇ-2026: Portuqaliya Özbəkistan qarşısında fərqi artırıb - YENİLƏNİR-2
Futbol21:17
Tacikistan Azərbaycanın "Yaşıl Enerji Dəhlizi"nə qoşulmaqda maraqlıdır - EKSKLÜZİV
Energetika21:14
Məleykə Abbaszadə: Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır
Elm və təhsil21:14
Sumqayıtda insanların həyatına və avtomobillərinə təhlükə yaradan 196 sürücü saxlanılıb
Hadisə21:07
DİM sədri: Məktəb qiymətləri ilə imtahan nəticələri arasında tam uyğunluq yoxdur
Elm və təhsil21:00
Video