İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Hadisə
- 03 dekabr, 2020
- 07:02
İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, rayonun Göytəpə kənd sakini Yusif Mirzəliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib.
Lakin Y.Mirzəliyev infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən o, yaşadığı ünvana geri göndərilib.
İsmayıllı Rayon Polis Şöbəsində Y.Mirzəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
21:37
Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb
Hadisə21:24
Ağstafaya iri həcmli dolu düşüb
Ekologiya21:22
DÇ-2026: Niderland - İsveç oyununda ikinci qol vurulub - YENİLƏNİB - 2
Futbol21:20
Zelenski "Ağ qartal" ordeninin Polşaya qaytarıldığını bildirib
Digər ölkələr20:56
CNN: Tramp iqtisadi və siyasi risklərə görə İranla münaqişəni tez başa çatdırmağa çalışırdı
Digər ölkələr20:45
Foto
Ərdoğan Nikuşor Dan ilə regional məsələləri müzakirə edib
Region20:37
"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib
Futbol20:36
Rusiya Zaporojyeyə hücum edib, ölən və yaralananlar var
Digər ölkələr20:17