İsmayıllıda işlədiyi fermadan 65 baş heyvan oğurlayan çoban saxlanılıb
Hadisə
- 07 avqust, 2023
- 09:13
İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən fermadan 65 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən Asif Abdullayev saxlanılıb.
O, ifadəsində oğurladığı qoyunları 6500 manata satdığını və əldə etdiyi pulu Bakı şəhərində əyləncəyə xərclədiyini bildirib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
19:59
Azərbaycan tarixinin daş yaddaşı - Qafqaz Albaniyası və erməni siyasəti – ŞƏRH
Analitika19:53
"Balaca Messi" ləqəbli futbolçu "Barselona"nın maraq dairəsinə düşüb
Futbol19:42
Foto
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib
Biznes19:41
Foto
ADB ilə Azərbaycanın nəqliyyat infrastrukturunun modernləşdirilməsi müzakirə edilib
Maliyyə19:36
"AzərEnerji" Naxçıvanda 114 milyon manata yarımstansiya tikəcək
Energetika19:32
Gürcüstan mediası İlham Əliyevin Avropa Parlamenti ilə bağlı fikirlərinə geniş yer verib
Xarici siyasət19:29
Almaniyada Mertsin fəaliyyətindən narazılıq rekord həddə çatıb
Digər ölkələr19:26
Azərbaycan Mərkəzi Bankı sığortaçı seçib
Maliyyə19:22