İsmayıllıda COVID-19 xəstəsi bazarda aşkarlanıb
Hadisə
- 18 aprel, 2021
- 12:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı aktiv koronavirus xəstəsi olan şəxs ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhər sakini Bəhruz Dünyamalıyevə sosial izolyasiya qaydalarına riayət edərək yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, o, polis əməkdaşları tərəfindən insanların hərəkətinin intensiv olduğu bazar ərazisində saxlanılıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə geri qaytarılıb.
İnfeksiyanın yayılmasına şərait yaradan B.Dünyamalıyev barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
00:07
Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib
Daxili siyasət
00:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
Daxili siyasət
00:00
Foto
Şuşanın azad olunmasından 6 il ötür
Qarabağ
23:56
Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Daxili siyasət
23:52
Misir 12 illik fasilədən sonra Liviyanın paytaxtında səfirliyini yenidən açıb
Digər ölkələr
23:37
Trampla demokratlar arasında qarşıdurma dərinləşir
Digər ölkələr
23:16
Türkiyədə ağır yol qəzasında ölənlərin sayı 9-a çatıb - Yenilənib
Region
23:03
Foto
"Tağıyev: Məktəb" filmi "Ən yaxşı rejissor" nominasiyasının qalibi olub
Mədəniyyət siyasəti
22:51
Foto
Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib
Daxili siyasət