İsmayıllıda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
- 20 avqust, 2026
- 16:05
Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kənd ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstəxanaya daxil olarkən pasiyentlərdən 6-nın vəziyyəti ağır olaraq qiymətləndirilib.
Bir nəfər (kişi) valideynlərinin istəyi ilə tibbi xidmətdən imtina edib.
Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilən 1966-cı il təvəllüdlü qadının saat 12:47-də ölüm faktı qeydə alınıb.
Digər şəxslərin müalicəsi davam etdirilir.
Hadisə nəticəsində 02.07.2026-cı il təvəllüdlü körpə oğlanın həkiməqədər ölüm faktı qeydə alınıb.
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, 6 nəfər xəsarət alıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, qəzada ölənlərdən biri 1966-cı il təvəllüdlü Elina Məmmədova, digəri isə 2026 cı il təvəllüdlü körpədir (oğlan).
Qəzada xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlər var.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd-Diyallı yolunda qeydə alınıb.
"Lynk & Co" və "Hyundai" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Hyundai"da olan iki nəfər ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.