İrandan votsap vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən şəxsə hökm oxunub
- 21 oktyabr, 2023
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
İrandan votsap vasitəsilə narkotik sifariş etməkdə təqsiləndirilən Nadim İmanverdiyevə hökm oxunub.
“Report” un əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, N.İmanverdiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, N.İmanverdiyev qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan İran vətəndaşı Seyfur Rza adlı şəxslə votsap tətbiqi üzərindən cinayət əlaqəsinə girib.
Təqsirləndirilən şəxs və İran vətəndaşı olan Seyfur adlı şəxslə əlaqəyə girərərk naməlum şəxs tərəfindən Xətai rayonu, Xəzər küçəsi, 4 ünvanında qoyulmuş 1 ədəd bağlamada 16 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlayıb.
Qeyd edək ki, N.İmanverdiyev bu ilin fevralında keçirilən əməliyyat tədbirləri zamanı Xətai RPİ-nin və İdarənin 37- ci Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.
Nəcməddin Quluzadə