İsmayıllı sakini həmyerlisini bıçaqlayıb - YENİLƏNİB

Hadisə
  • 31 yanvar, 2019
  • 08:02
İsmayıllı sakini həmyerlisini bıçaqlayıb - YENİLƏNİB

İsmayıllı. 31 yanvar. REPORT.AZ/ İsmayıllıda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb. 

“Report”un Şirvan bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən kənd sakini, əvvəllər də məhkum olunmuş Elton Ələşrəfov saxlanılaraq istintaqa təhvil verilib. 

İlkin dindirilmə zamanı o törətdiyi əməli etiraf edib və mübahisə zəmnində həmkəndlisinə bıçaqla xəsarət yetirdiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 9:31

İsmayıllı. 31 yanvar. REPORT.AZ/ İsmayıllı rayon sakini bıçaqlanıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun İsmayıllı (rayon mərkəzi ilə eyni adlı kənd) kəndində baş verib. 

Belə ki, münaqişə zəmnində kənd sakini Məzahir İsmayılov bıçaqlanıb. Yaralı xəstəxanaya xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. 

Hadisədən həmən sonra yaralı şəxsin məlumatıına və şikayət ərizəsinə müvafiq olaraq hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Faktla bağlı araşdırma aparılır.