İrandan psixotrop dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
Hadisə
- 29 yanvar, 2019
- 06:00
Bakı. 29 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Komitədən “Report”a verilən məlumata görə, şəxsi yoxlamadan əvvəl vətəndaş üzərində dərman pereparatlarının olduğunu bildirib və gömrük əməkdaşlarına təqdim edib. Baxış zamanı üzərində "Alprazolam 1" yazısı olan hər birində 10 ədəd həb olmaqla 17 konvalyut dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
23:32
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Digər ölkələr23:25
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi23:17
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Fərdi23:08
Foto
Video
İmişli Şəkər Zavodunda yanğın olub
Hadisə22:57
Serbiya Prezidenti 49 nəfəri əfv ediyini bildirib
Digər ölkələr22:46
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5-ci və 16-cı yeri tutublar
Fərdi22:37
Foto
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə22:13
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Digər ölkələr22:10