İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən bacı-qardaş saxlanılıb

Hadisə
  • 18 dekabr, 2017
  • 07:46
İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən bacı-qardaş saxlanılıb
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İrandan Azərbaycana piyada gələn və bacı-qardaş olan ölkə vətəndaşları saxlanılıb.

“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin sərnişin şöbəsində şəxsi yoxlama zamanı qadının alt geyimində bir ədəd bağlamada, xalis çəkisi 132,615 qram olan heroin, kişinin daxili orqanlarının tibbi müayinəsi nəticəsində isə onun düz bağırsağında iki ədəd bağlamada, xalis çəkisi 171,919 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılıb.