İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən şəxslər saxlanılıb

Hadisə
  • 20 oktyabr, 2018
  • 11:51
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirən şəxslər saxlanılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısı alınıb. 

Bu barədə“Report”a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən məlumat verilib.

DGK-nınƏməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında İmişlirayonunun Bəhramtəpə kəndi ərazisində əməliyyat tədbirləri keçirilib.

Buradayolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağına idarə etdiyi"VAZ 21074" markalı, 10-XV-977 dövlət qeydiyyat nişanlı avtomobillə gələnAzərbaycan vətəndaşı Eyvazov Mahir Hüseyn oğlu özü ilə gətirdiyi sellofantorbanın içərisindəki 15 ədəd bağlamada ümumi təmiz çəkisi 7375 qram olan həşişqətranını İran vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğluna təhvil verib.

Sonuncuisə həmin narkotik vasitəni şərti alıcı kimi cəlb edilən gömrük əməkdaşınasatmaq istəyərkən saxlanılıb və külli miqdarda narkotik vasitə aşkar olunaraqgötürülüb.

Faktüzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Əməliyyat-istintaqtədbirləri nəticəsində cinayətkar qrupun iki üzvü - Azərbaycan vətəndaşıEyvazov Mahir Hüseyn oğlu və İran vətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşidoğlu ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunublar. Cinayət Məcəlləsinin həminmaddələri ilə onlara ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.

İstintaqlamüəyyən edilib ki, cinayətkar qrup həmin narkotik vasitənin İrandan Azərbaycan ərazisinəqaçaqmalçılıq yolu ilə gətirilməsi və satışını təşkil etmək barədə bu ilinsentyabr-oktyabr aylarında sövdələşib kriminal niyyətlərinin həyata keçirilməsinədə elə həmin vaxtdan başlayıblar.

Hazırdacinayət əməllərinin törədilməsində iştirakları istisna edilməyən digər şəxslərinmüəyyən edilmələri istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarıştədbirləri davam edir.