İranda baş verən zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında 3 bala qədər hiss olunub

Hadisə
  • 28 aprel, 2017
  • 07:23
İranda baş verən zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında 3 bala qədər hiss olunub

Bakı. 28 aprel. REPORT.AZ/ İranda baş verən zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata əsasən, yerli vaxtla saat 10:46:37-də İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın həmsərhəd rayonlarında 3 bala qədər hiss edilib.

Yeraltı təkanların maqnitudası 3.6, dərinliyi 7 kilometr olub.