İrana məxsus quru yük gəmisində ölənlərin meyitləri vətənlərinə göndərilib

Hadisə
  • 22 oktyabr, 2018
  • 08:23
İrana məxsus quru yük gəmisində ölənlərin meyitləri vətənlərinə göndərilib

Bakı.22 oktyabr. REPORT.AZ/ Aktau-Bakı marşrutu üzrə hərəkət edən İrana məxsus“Nazmehr” quru yük gəmisində zəhərlənmə nəticəsində ölən ekipaj üzvlərinin meyitləri İrana göndərilib.

Bubarədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdənbildirilib ki, hələlik ölümün səbəblərini müəyyənləşdirəcək ekspertizanıncavabı gözlənilir.

İranaməxsus quru yük gəmisinin xəstəxanadan buraxılmış ekipaj üzvləri də yaxınzamanlarda vətənlərinə göndəriləcəklər.

Xatırladaqki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə baş verib. Gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerindədünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətiriləntaxıla vurulan kimyəvi maddə olub.