İmişlidə 6 otaqlı ev yanıb
Hadisə
- 16 oktyabr, 2015
- 04:19
Bakı. 16 oktyabr. REPORT. AZ/ İmişlidə yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Heydər Əliyev prospekti, dalan 9-da yerləşən Əhmədov Səxavət Sudeyib oğluna məxsus evdə qeydə alınıb.
Yanğın zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Elektrik naqillərində yaranan alov qaz balonuna keçib və qısa müddətdə evi bürüyüb. Ümumi sahəsi 180 kvadratmetr olan 6 otaqlı evin 100 kvadratmetr sahəsi və əşyaları ilə birlikdə yanaraq məhv olub.
Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, evin qalan hissəsi və ətrafdakı tikililər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:14
"Mərkəzi Azəri" platformasının profilaktik işlər proqramı başa çatıb
Energetika11:11
Rusiya, Özbəkistan və Azərbaycan Şəmail ən-Nəbi əlyazmasının nəşri üzrə birgə layihə həyata keçiriblər
Media11:00
Nurlan Babazadə: "Gömrük əməliyyatlarının bir qismi səlahiyyətli iqtisadi operatorlara ötürüləcək"
Biznes10:59
Bu il ali məktəbə qəbul olunan ən yaşlı tələbənin 58 yaşı var
Elm və təhsil10:55
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Daxili siyasət10:49
"Selta" PSV-dən Mərakeş millisinin üzvü Kouhaib Drioşu transfer edib
Futbol10:48
BFB BƏƏ-nin "Tabadul" rəqəmsal platformasına qoşulmağa hazırlaşır
Maliyyə10:47
Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır
Media10:39