İcra hakimiyyətinin əməkdaşının qardaşı məhkəmədə ifadə verib

Hadisə
  • 18 sentyabr, 2018
  • 11:21
İcra hakimiyyətinin əməkdaşının qardaşı məhkəmədə ifadə verib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elxan Muradlı ifadə verib.

O deyib ki, İ.Xıdırovu işçisi N.Mustafayev vasitəsilə tanıyıb. E.Muradlı bildirib ki, avadanlıqlar alınması üçün ona 220 min dollar pul verib: "Bir neçə ay mənə qazanc kimi müxtəlif məbləğlərdə pul verdi, həmin məbləğdən də Nazimin payı olan 10 mini ona verdim. Sonra mənə dedi ki, İrkutskda 400 min dollarlıq avadanlıqlar var, hətta çox böyükdür. Başım çıxmasa da, bu mənə maraqlı gəldi. Həmin avadanlıqları gətirmək üçün 480 min dollar verdim. Sonra iş alınmadı, pulumu qaytarmadı. Bir müddət keçəndən sonra öyrəndim ki, onlar məndən alınan pulla 57 minə GL, 27 minə "Nissan Juke" alıblar".

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəyini vəd edib, lakin həmin şəxsləri aldadıb.

Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməyib, o hazırda azadlıqdadır.

Zərərçəkmişlərdən biri Elxan Muradlıdır. Onun qardaşı Etibar Muradov Nəsimi Rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.

E.Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar alıb.

Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 dollar, Tamilla Əliyevadan 28 min dollar almaqla dələdzuluq ediblər.

44 - Tezliklə