Hökməli–Qobu yolunda üç nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb
Hadisə
- 09 dekabr, 2025
- 09:17
Hökməli–Qobu yolunda baş verən və üç nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.
"Report" xəbər verir ki, faktla bağlı cinayət işi Abşeron rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, Abbasov Umudvar Usub oğlu yol vərəqəsi ilə idarə etdiyi "MAN TGX 18440" markalı yəhərli dartıcı yük avtomobili ilə hərəkətdə olarkən həmin yolda əks istiqamətdə hərəkətdə olan "Toyota Prius" markalı avtomobillə toqquşub.
Nəticədə təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
Son xəbərlər
11:47
Foto
Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib
Hərbi11:46
"Laçın" tankeri ilə 464 min tondan çox neft və neft məhsulları daşınıb
İnfrastruktur11:44
EBRD Azərbaycandakı layihələrə təxminən 3,7 milyard dollar investisiya yatırıb
Maliyyə11:21
Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
Hadisə11:21
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini 13 % azaldıb
Biznes11:07
Gəncədə qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb
Hadisə11:01
Belarusun Milli Kitabxanası Azərbaycan bayrağının rənglərinə boyanıb
Xarici siyasət11:01
"Çelsi" Portuqaliya klubunun futbolçusunu heyətinə qata bilər
Futbol11:01
Foto