Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri: "Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bəzi nöqsanlar var"
- 04 mart, 2017
- 07:42
Bakı. 3 mart. REPORT.AZ/ "Azərbaycanda az ağır cinayətlərin sayı artmasa da dinamika qalır".
"Report"un məlumatına görə, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının bu gün keçirilən ümumi yığıncağında deyib.
Onun sözlərinə görə, həbs qətimkan tədbirinin seçilməsi barədə bəzi nöqsanlar var: "Bu məsələ Ali Məhkəmənin Plenumunda müzakirə ediləcək. Hakim həmin şəxsin qaça, yaxud da istintaqa təsir edə biləcəyini hesab edir. Halbuki istintaq sübutları toplanılıbsa və hamı dindirilibsə, hansı təsirdən söhbət gedə bilər?".
Ş.Yusifov həbsdə saxlama müddətinin artırılmasında da problemlərin olduğunu bildirib: "Müstəntiq təqdimat yazıb, məhkəmə təmin edir, lakin gedib istintaq hərəkəti aparmır. Həmin müstəntiq müddətin bitməsinə vaxtın olmasına arxayın olur. Ona görə də Cinayət Məcəlləsini götürüb hökmə köçürmək lazım deyil. Alternativ cəza varsa, bunu tətbiq etmək lazımdır. Bu işlərdə hakimlər gərək diqqətli olsunlar".