​Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə
  • 14 fevral, 2015
  • 17:16
​Bakıda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 14 fevral. REPORT.AZ/ Paytaxtın Nərimanov rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə dərhal FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.