Hacıqabulda yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB-3

Hadisə
  • 21 dekabr, 2023
  • 14:13
Hacıqabulda yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - YENİLƏNİB-3

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 113-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili və “ГАЗель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

17:15

Hacıqabulda yol qəzasında ölənin şəxsiyyəti müəyyənləşib.

“Report”un Aran bürosunun məlumatına görə, qəza nəticəsində Vüqar Əsgərov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16.55

Hacıqabul rayonunda “Prado” və “Qazel” markalı avtomobillər toqquşub.

“Report”un Aran bürosunun məlumatına görə, qəza nəticəsində bir nəfər hadisə yerində ölüb.

İki nəfər Laçın rayon sakini - 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

16:25

Hacıqabul rayonunda baş verən yol qəzasında ölən və yaralanan var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.