Hacıqabulda minik avtomobili aşıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
- 20 iyul, 2019
- 10:38
Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat nadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qubalı-Baloğlan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil anidən idarəetməni itirib və yolun kənarına aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanların kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 13:23
Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.