Hacıqabulda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Hadisə
  • 13 aprel, 2019
  • 04:09
Hacıqabulda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Report

Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gecə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayon sakinləri - 1987-ci il təvəllüdlü Mustafayev Tural Oqtay oğlu, 1987-ci il təvəllüdlü Tanrıverdi Elxan Talıboğlu və 1992-ciil təvəllüdlü Yevlax rayon sakini Mirzəyev Aslan Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 7:32

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər veri ki, hadisə akı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralıar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.