Hacıqabulda 34 yaşlı kişini avtomobil vuraraq öldürüb
- 05 oktyabr, 2019
- 06:22
Hacıqabul rayonunda 3 gün əvvəl avtomobillə vurularaq öldürülən naməlum şəxsin kimliyi müəyyənləşdirilib.
"Report"un yerli bürosunun xəbərinə görə, Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində avtomobillə vurularaq öldürülən naməlum meyit tapılıb.
Aparılan araşdırma nəticəsində onun İmişli rayonunun L.Vəliyev küçəsi, ev 87-də yaşamış, 1985-ci il təvəllüdlü Aslanov Elvin Mahir oğlu olduğu məlum olub. E.Aslanovun meyiti yaxınlarına təhvil verilib.
Hadisəni kimin törətdiyi də məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
*** 7 oktyabr, 9:31
Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibii Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan, hələlik şəxsiyyəti məlum olmayan piyada hadisə yerində ölüb.