Hacıqabul sakini sirkə turşusundan zəhərlənərək xəstəxanada ölüb

Hadisə
  • 16 yanvar, 2017
  • 07:49
Hacıqabul sakini sirkə turşusundan zəhərlənərək xəstəxanada ölüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Hacıqabul rayon sakini sirkə turşusundan zəhərlənərək ölüb. 

"Report" xəbər verir ki, yanvarın 10-da sirkə turşusu içən rayon sakini Zöhrə Məmmədova zəhərlənib. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Z.Məmmədova yanvarın 14-də xəstəxanada ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.