Hacıqabul sakini qadın qohumuna bıçaqla xəsarət yetirib

Hadisə
  • 20 iyul, 2018
  • 06:22
Hacıqabul sakini qadın qohumuna bıçaqla xəsarət yetirib

Bakı. 20 iyul. REPORT.AZ/ İyulun 19-da Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində kənd sakini Fuad Şahsuvarov münaqişə zəminində qohumu Ülviyyə Rəhimovaya bıçaqla xəsarət yetirib.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən F.Şahsuvarov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

44 - Tezliklə