Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində 70 ədəd mobil telefon aşkar olunub

Hadisə
  • 29 noyabr, 2017
  • 06:14
Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilində 70 ədəd mobil telefon aşkar olunub
Customs.gov.az

Bakı. 29 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə