Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

Hadisə
  • 09 aprel, 2019
  • 08:28
Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və gömrük baxışı keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, baxışdan öncə şifahi sorğu-sual olunan vətəndaş üzərində və idarə etdiyi avtomobildə gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin olmadığını bildirib. 

Lakin yoxlama zamanı vətəndaşın üzərində gizlədilən 1 ədəd "Samsung Galaxy A30", 1 ədəd "Samsung Galaxy M105F" və 1ədəd "Samsung Galaxy M205F" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə