Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşından narkotik vasitə götürülüb
- 08 noyabr, 2018
- 06:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb.
Komitədən “Report”a verilən məlumata görə, yoxlamadan öncə vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməmiş hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirsə də, baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağla araşdırma aparılır.