Gürcüstan vətəndaşının əl yükündən civə aşkar olunub
Hadisə
- 14 iyul, 2016
- 09:30
Bakı. 14 iyul. REPORT.AZ/ Gürcüstandan Azərbaycana keçən bu ölkənin vətəndaşının əl yükündən civə aşkar edilib. Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunu piyada yolla keçən Gürcüstan vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib və gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib.
Şahidlərin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:28
UEFA FIFA-nı kommersiya hüquqlarını investorlara satmaq planlarına görə qınayıb
Futbol00:59
Fransada meşə yanğınları hava keyfiyyətini ciddi şəkildə pisləşdirib
Digər ölkələr00:27
"Türkiye Petrolleri" BP-nin Kərkükdəki törəmə şirkətinin 15 faizini alıb
Region23:58
Çilidə hantavirus qurbanlarının sayı artdığından sanitar həyəcan elan edilib
Digər ölkələr23:43
Foto
Türkiyə təbii sərvətlər qarşılığında İraqda infrastruktur yeniləmələrində iştirak edəcək
Region23:19
Foto
Netanyahu: Trampla görüş əla keçib - YENİLƏNİB
Digər ölkələr23:05
İran Xəzər dənizində gəmiyə edilən hücuma görə Ukraynadan təzminat tələb edib - YENİLƏNİB
Digər ölkələr22:57
İranla Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqların təfərrüatları açıqlanıb
Region22:44