Gürcüstan polisi külli miqdarda narkotik maddə saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb

Hadisə
  • 30 yanvar, 2017
  • 07:57
Gürcüstan polisi külli miqdarda narkotik maddə saxladığına görə Azərbaycan vətəndaşını saxlayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıb.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, 1985-ci ildə anadan olmuş vətəndaş E.İ. müvəqqəti yaşayış yerində saxlanılıb. Polis evdə axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlayaraq, maddi sübut kimi onları müsadirə edib.

"Axtarış zamanı MDMA narkotik vasitəsi (ekstazi - red.) olan 727 həb, 52 plitə və tərkibində 15,07 qram çətənə qətranı olan narkotik maddə ələ keçirilib. Vətəndaş E.İ.-nin narkoloji yoxlaması nəticəsində onun narkotikdən istifadə etməsi faktı qeydə alınıb. Hazırda külli miqdatda narkotik maddənin qanunsuz şəkildə əldə edilməsi və saxlanması üzrə istintaq gedir", - DİN-in bəyanatında deyilir.