Cəlilabad RİH: "Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində problem yaranıb" - YENİLƏNİB

Hadisə
  • 18 iyun, 2023
  • 19:41
Cəlilabad RİH: Rayonun bir çox ərazilərində elektrik enerjisinin verilişində problem yaranıb - YENİLƏNİB

Cəlilabad rayonunun bir çox ərazilərində elektrik enerjisinin verilişində problem yaranıb.

Bu barədə "Report"un yerli bürosuna Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, bu gün saat 20:30 radələrində baş vermiş təbii fəlakət nəticəsində rayonun bir çox ərazilərində elektrik enerjisi təchizatında problem yaranıb.

Rayon elektrik şəbəkəsinin işçi briqadası hazırda problemin həlli istiqamətində əlaqəli olaraq aidiyyəti tədbirlər görür.

Qeyd edək ki, Biləsuvar rayonunda bir çox ərazilərində hələ də elektrik enerjisinin verilişi bərpa olunmayıb.

21:00

Güclü külək və leysan Biləsuvar və Cəlilabadın bir sıra ərazilərini işıqsız qoyub.

Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat verib.

Sakinlərin bildirdiyinə görə, güclü külək və leysan səbəbindən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Qeyd edək ki, hazırda hər iki rayonda küləklə müşahidə olunan leysan yağır. Hələlik leysanın digər fəsadları haqqında məlumat yoxdur.