Göygöldə avtomobil qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB
- 30 oktyabr, 2023
- 15:42
Göygöldə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü S.Zeynalov, 2003-cü il təvəllüdlü B.Abdullayev, 2014-cü il təvəllüdlü H.Nəcəfov, 2003-cü il təvəllüdlü A.Bağırov və 1971-ci il təvəllüdlü S.Soltanova və "Mercedes" markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini E.Tapdıqov xəsarət alıb.
Qeyd edək ki, xəsarət alanların vəziyyəti qənaətbəxş və normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
17:38
Göygöl şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl şəhəri ərazisində qeydə alınan qəza zamanı azı 4 nəfər xəsarət alıb.
Zərərçəkmişlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.