Göygöldə "Mercedes" divara çırpılıb, iki nəfər ölüb - Yenilənib

Hadisə
  • 20 noyabr, 2025
  • 07:26
Göygöldə Mercedes divara çırpılıb, iki nəfər ölüb - Yenilənib

Göygöl rayonu ərazisində baş verən ağır yol qəzasında dünyasını dəyişənlərin şəxsiyyəti müəyyən edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.

Göygöldə ağır avtomobil qəzası olub, ölənlər var.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayonu ərazisində başvermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib, xəsarət alanlar var.

Əraziyə təcili tibbi yardım biriqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti